Sənaye və mülki tikinti, infrastruktur layihələri, mühəndislik və layihələndirmə sahəsində kompleks və peşəkar həllər
Mütəxəssislərimizin işlədiyi illər ərzində yüzlərlə müxtəlif inşaat işləri görülüb və təhvil verilmişdir. Şirkətin portfelində onlarla yaşayış sahələri, kommersiya obyektləri, sosial və mədəni əhəmiyyət kəsb edən layihələr mövcuddur.
İnşaatın yüksək səviyyədə idarə olunması, müasir texnologiyaların tətbiqi və peşəkar komanda layihələrin optimal qiymətə, yüksək keyfiyyətlə və vaxtında təhvil verilməsini təmin edir.
Şirkətimizin fəaliyyəti ixtisaslaşmış departamentlər üzrə təşkil olunmuşdur
Layihə çərçivəsində sənaye şəhərciyinin ərazisində müasir işıqlandırma sistemləri quraşdırılmış, yüksək gərginlikli elektrik xətləri çəkilmiş və təhlükəsizlik standartlarına uyğun istismara verilmişdir.
Şirkətimiz sənaye və infrastruktur layihələri üçün müxtəlif təyinatlı metal konstruksiyaların istehsalını və montajını həyata keçirir. İstehsal prosesi müasir avadanlıqlar və peşəkar mütəxəssislər tərəfindən icra olunur.
Paris Bistro üçün quraşdırdığımız bioklimatik pergola, məkanı daha zərif və funksional bir mühitə çevirdi.
Avtomatik lamel sistemi sayəsində həm günəş işığı, həm də hava axını tam nəzarətdə saxlanılır, qonaqlar üçün dörd fəsil boyunca komfortlu bir atmosfer yaradılır.
Estetik dizayn və yüksək dayanıqlıq müəssisənin premium imicini gücləndirir.
Təhsil Nazirliyi üçün icra etdiyimiz ümumi şüşələnmə işi, binanın fasad və daxili məkanlarında həm təhlükəsizliyi, həm də vizual estetikliyi yüksəldən müasir həllərlə həyata keçirildi. Yüksək dayanıqlı şüşə konstruksiyalar enerji səmərəliliyini artırır, işıqlandırmanı optimallaşdırır və uzunmüddətli etibarlılıq təmin edir. Tətbiq olunan texnoloji standartlar və dəqiq montaj prosesi, dövlət qurumunun tələblərinə uyğun rahat və funksional mühit formalaşdırdı.
Layihədə istifadə olunan konstruksiyalar zərbəyə davamlı temperli və enerjiyə qənaət edən izolyasiyalı şüşə sistemləri ilə təchiz olundu. Bu, həm təhlükəsizlik səviyyəsini yüksəltdi, həm də binada istilik balansının qorunmasına əlavə üstünlük yaratdı. Montaj prosesi xüsusi ölçü dəqiqliyi və texniki standartlara əsaslanaraq icra edildi, nəticədə həm fasadda, həm də daxili keçid zonalarında ideal uyğunluq əldə olundu.
Tətbiq edilən şüşələnmə həlləri, Nazirliyin inzibati və tədris mühitində daha aydın, işıqlı və funksional şərait formalaşdıraraq ümumi infrastrukturun modernləşməsinə mühüm töhfə verdi.
Şirkətimiz tikinti və infrastruktur layihələrinin icrası zamanı müasir, yüksək məhsuldarlığa malik xüsusi texnika və mexanizmlərdən istifadə edir. Bu, işlərin təhlükəsiz, operativ və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin edir.
5 il rəsmi zəmanət ilə · Beynəlxalq standartlara uyğun · Yerli istehsal
Məhsullara 5 il müddətinə rəsmi zəmanət verilir. Zəmanət dövründə rəngdə solma, qabıq vermə və ya çatlama halları aşkar edilərsə, məhsul şirkət tərəfindən pulsuz yenilənir.
Şərt olaraq məhsulun tətbiqi istehsalçı tərəfindən təqdim olunan texniki təlimata uyğun aparılmalıdır.
5 il rəsmi zəmanət
Beynəlxalq sertifikatlı keyfiyyət
Estetik, davamlı və ekoloji təmiz məhsullar
Yerli istehsal – keyfiyyətə tam nəzarət
Məhsullarımız və xidmətlərimiz beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmışdır
Tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün rəsmi dövlət lisenziyası